Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Siyavuş Hacıyevə 39 aydır qanunsuz və saxta ittihamla, etmədiyim cinayətə görə, nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sifarişləri ilə Bakı istintaq təcridxanasında saxlanılan Alışanlı Tural Asif oğlu tərəfindən
İfadəyə əlavə
Cənab hakim! Sahibi olduğum “TUA” TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min mantı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərərkdən, gərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunuda bilərəkdən az yazıblar. Yenədə eybi yox, olsun. Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya (“TUA” TT və “AĞRIDAĞ”TT) yığılıb qalmış. 157 min manat pulun 81 min manatını yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında əslində ən azı 35 min manatlıq amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox puluda çıxanda qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var. Bu 76 min manatdan da 27 min manatı çıxanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır. Məndə bu 49 min manatı istəmirəm. 24 min beş yüz manat ödənilsin “yaşat” fonduna. 24 min beş yüz manatda ödənilsin Heydər Əliyev fonduna. Mənim qanunsuz, sifarişlə əlimdən alınmış azadlığımı təmin edin. Nə sizdən, nə nazir Sahil Babayevdən, nə Vüsal Nəsirlidən, nə də müstəntiqlərdən heç bir şikayətim, tələbim yoxdur və olmayacaq.